METBUAT.AZ

Hadisə

Bakıda ikimərtəbəli evdə

14 Aprel 2024 10:06

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 380 m² (hər mərtəbəsi 190 m²) olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 150 m² sahədə yanıb. Yüksək temperaturdan evin 2-ci mərtəbəsində eyvanın lambirdən ibarət tavanı 40 m² sahədə deformasiyaya uğrayıb.

Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


metbuat.az.