METBUAT.AZ

Ölkə

Bakıda imkanlı uşaqları analarını zibilliyə atdı -

2 Aprel 2024 20:23

Bakıda 80-dən çox yaşı olan ahıl qadın kimsəsiz vəziyyətdə yaşayır.

Metbuat.az xəbər verir ki, bu barədə Baku TV-yə məlumat daxil olub. Məlumatla əlaqədar kanalın əməkdaşı qadının mənzilinə yollanıb. Məlum olub ki, evini tərk etmək istəməyən tənha qadına qonşuları yardım edir. Onların sözlərinə görə, qadının övladları xaricdə yaşayırlar: “Oğullarından biri ABŞ-də, digəri isə İsraildə yaşayır. Qızları analarını görməyə gəlirlər. Evinin sənədləri qızının adınadır.

Birinci həyat yoldaşından olan oğulluğu ona yemək-filan gətirir”. Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi təcili tibbi yardım maşını vasitəsilə qadını müayinə olunması üçün xəstəxanaya yerləşdirib. O, müalicədən sonra sığınacağa yerləşdiriləcək.




metbuat.az.