26 Aprel 2024 13:24
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb.
O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun “Kəpəz” hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfat etdiyini bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.