26 Aprel 2024 12:14
Separatçı rejimin keçmiş "dövlət naziri", hazırda Bakıda həbsdə olan milyarder Ruben Vardanyan ailəsilə telefonda danışıb.
Metbuat.az bildirir ki, Ermənistan mediasının yazdığına görə, ona həyat yoldaşı Veronika Zonabend ilə danışmağa şərait yaradılıb və həyat yoldaşı onu aclığı dayandırmaq barədə razı sala bilib.
Xatırladaq ki, Ruben Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb.