METBUAT.AZ

Sağlamlıq

Balın indiqə qədər bilmədiyimiz

15 Aprel 2024 13:23

Antiseptik və antibakterial xüsusiyyətlərə malik olan balın bir çox faydası var. İnfeksiyalarla mübarizə aparır və mədə problemlərini müalicə edir.

Balın faydaları saysız-hesabsızdır. O, həmçinin tarla bitkiləri üçün tozlandırıcı rolunu oynayır. Balın tərkibində C vitamini, B1, B2, B3, B5, B6 vitaminləri, kalsium, fosfat, natrium, dəmir, maqnezium, kalium və xlorid var.

Metbuat.az xarici mediaya istinadən balın faydalarını təqdim edir:

-İlıq su ilə içildikdə bədəndə yığılan yağların həzminə kömək edir.

-Yüksək xolesterin səviyyələrini tənzimləyir və yaxşı xolesterol səviyyələrini artırır.

-Şəkər yerinə təbii dadlandırıcı kimi istifadə edilə bilər.

-İmmun sistemini gücləndirir. İnfeksiyalara qarşı müqavimət göstərir.

-Yüksək karbohidrat mənbəyidir. Buna görə də idmançıların dözümlülüyü və performansını artırır. Güc və enerji verir.

-Xərçəng və şiş əleyhinə xüsusiyyətlərə malik balın faydaları xərçəngə də çox təsir edir. Xərçəngin qarşısını alır və onun inkişafını dayandırır.

-Mədə fəsadlarını orqanik müalicə edir.

-Beyni gücləndirir və konsentrasiyanı artırır.

-Ənənəvi tibbdə təbii antiseptik kimi istifadə olunur.

-Balın faydalarının mühüm xüsusiyyəti onun iltihab əleyhinə olmasıdır. Bakteriyaları təmizləyir. Dəri maskalarında istifadə edildikdə, mövcud sızanaqların qısa müddətdə sağalmasına kömək edir və nəm tutaraq dərini yumşaq edir.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.