26 Aprel 2024 15:04
Frenki de Yonq yayda "Barselona"nı tərk edə bilər.
Metbuat.az xarici mediaya istinadən bildirir ki, 5 mövsümdür kataloniyalıların formasını geyinən futbolçu ümidləri doğrultmayıb. Qeyd edilir ki, klub onu 2022-ci ildə satmaq istəsə də, oyunçu getmək istəməyib.
Hollandiyalı futbolçu 21 apreldə "El Klassioko"da zədələnib. O, bu mövsüm daha iki dəfə zədələnmişdi.