METBUAT.AZ

Hadisə

Bayram günlərində evləri talayan şəxs saxlanıldı -

2 Aprel 2024 12:22

Paytaxtın Nizami rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib.

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb.

Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.


metbuat.az.