METBUAT.AZ

Sağlamlıq

Belə qidalananların diqqətinə:

4 Aprel 2024 15:40

“Anemiyanın bir çox səbəbi var. Anemiya zamanı bir çox əlamət ortaya çıxa bilər. Ümumiyyətlə, bədənimizdə dırnağımızdan saçımıza qədər hər bir hüceyrə anemiyadan təsirlənir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Nazirliyin sosial şəbəkədi hesabında canlı yayım zamanı deyib.

Həkim xüsusilə qeyd edib ki, vegetarian qidalanma tərzi olan insanlarda ciddi şəkildə B12 çatışmazlığı yarana bilər:

“Bu tip anemiyalarda əsas simptom nevrolojik əlamətlərdir. Unutqanlıq, yaddaşın itməsi, sinir hüceyrlərinin kəskin şəkildə ağrılı olması kimi əlamətlər ortaya çıxır. B12 çatışmazlığı olanda şəxslərin qidalanma tərzi araşdırılmalıdır. Əgər qidalanma tərzində problem yoxdursa, o zaman mədə- bağırsaq sistemi yoxlanılmalıdır”.

Metbuat.az


metbuat.az.