METBUAT.AZ

Hadisə

Bərdədə dəhşətli yanğın -

1 Aprel 2024 12:32

Bərdə rayonunda ölümlə nəticələnən dəhşətli yanğın hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini, Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli fərdi yaşayış evində yanğın qeydə alınıb. Hadisə nəticəsində evdə olan 5 yaşlı uşaq ölüb, iki nəfər isə xəsarətlə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.