METBUAT.AZ

Ölkə

Bərdədə qaçırılan 23 yaşlı qız

24 Aprel 2024 10:27

Bərdə rayonunda 1979-cu il təvəllüdlü Fərhad Rzayev tərəfindən qaçırıldığını iddia edilən 2001-ci il təvəllüdlü S. Abdullayeva tapılıb.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib:

"Keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir".


metbuat.az.