METBUAT.AZ

Ölkə

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib -

10 Aprel 2024 11:12

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.

Metbuat.az xəbər verir ki, instaqramdakı paylaşımda qeyd olunub:

"İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!".

https://www.w3.org/1999/xlink"> stroke="none" stroke-width="1" fill="none" fill-rule="evenodd">
Bu gönderiyi Instagram'da gör

Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)'in paylaştığı bir gönderi



metbuat.az.