22 Aprel 2024 04:02
Bu təbii çay iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Böyrək və qaraciyər xəstəliklərinə qarşı çox faydalıdır.
Metbuat.az saglamolun.az-a istinadən həmin çayın reseptini təqdim edir:
Tərkibi:
▫️Təbii bal.
▫️1/4 çay qaşığı üyüdülmüş sarıkök.
▫️1/4 çay qaşığı üyüdülmüş zəncəfil.
▫️1 stəkan su.
Hazırlanma qaydası:
Sarıkök və zəncəfil tozunun üzərinə qaynar su tökün. Qapaq ilə örtün və 15-20 dəqiqə dəmlənməsinə icazə verin. Bal əlavə edin və çayı stəkana süzün.
Yaxşı qızdırır və bədəndə istiliyi saxlayır, canlandırır və enerji verir. Müxtəlif ədviyyatlar əlavə edə bilərsiniz - darçın, kardamon, mixək.
Gündəlik qida rasionumuza mütləq daxil edin.