METBUAT.AZ

İqtisadiyyat

“Brent” markalı neftin qiyməti 91 dolları ötdü

4 Aprel 2024 23:39

Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 23 oktyabr 2023-cü ildən bəri ilk dəfə bir barel üçün 91 dolları ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə hərrac nəticələrindən məlum olub.

Bakı vaxtı ilə saat 22:45-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 91,09 dollar (+1,73 %) təşkil edib.


metbuat.az.