3 Aprel 2024 09:25
Azərbaycanlı iş adamı, "Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərov Rusiyanın ən varlı adamıdır.
Metbuat.az bildirir ki, bununla bağlı "Forbes”in reytinqində qeyd edilib. Məlumata görə, iş adamının sərvəti son bir ildə 8,1 milyard artıb və 28,6 milyard dollara çatıb.
Eyni zamanda bildirilir ki, Vahid Ələkbərov ilk dəfə Rusiyanın ən varlısı olur. Dünya üzrə reytinqdə isə o, siyahının 59-cu pilləsindədir.
Rusiyanın ən varlı adamları siyahısında ikinci yerdə "Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson (27,4 milyard), üçüncü yerdə isə Vladimir Lisin (26,6 milyard) qərarlaşıb.