METBUAT.AZ

Sosial

Bu bölgələr üzrə pensiyalar

9 Aprel 2024 14:39

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.


metbuat.az.