16 Aprel 2024 10:54
Astroloqların fikrincə. bəzi bürclər xüsusilə sevgi və münasibətlərdə çox şanslıdır. Əsl sevgi onları çox qısa zamanda tapır və xoşbəxt olurlar. Hisslərini həmişə tərəfdaşlarına çox yaxşı əks etdirirlər. Bu bürclər ambisiyalarından azad olduqları üçün özlərini yalnız sevməyə və sevilməyə həsr edirlər.
Metbuat.az xarici mediaya istinadən sevgi münasibətlərində həmişə uğurlu olan bürcləri təqdim edir:
Balıqlar - astrologiyada emosional və həssas şəxsiyyəti ilə tanınır. Balıqların ürəyi heç vaxt boş olmur. Onlar emosional və romantik bir sevgi yaşayırlar. Sevgi onların həssas qəlblərinə dərman kimi gəlir. Balıqları sabit münasibətlər motivasiya edir. Onlar özlərini daha güclü hiss edirlər.
Tərəzi - həmişə eşqdə qalib gələn bürclərdəndir. Tərəzilər tək qalmağı sevmirlər. Flört etmək onlar üçün az qala oyundur. Tərəzilər sevgidə həmişə qalib gəlir. Çünki sevdikləri insanı çox xoşbəxt edirlər. Onlar həmişə hisslərini izah edir və qarşıdakı insana sevgi göstərirlər.
Buğa - sevəndə tam sevirlər. Həyatında olan insanı ömrü boyu tək qoymaz. Hər sahədə tərəfdaşına dəstəyini göstərir. Buğalar sevgi və münasibətlərdə şanslıdırlar. Son dərəcə etibarlı bürcdür. Bu xüsusiyyətləri sayəsində Buğa həmişə sevgidə qalib gəlir.