METBUAT.AZ

Ölkə

Bu ərazilərə qar yağıb -

6 Aprel 2024 17:48

Aprelin 6-sı saat 16:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Xaçmaz, Xaltan, Mingəçevir, Yevlaxda yağış, Laza (Qusar), Xınalıq, Qrız, Şahdağda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17°-dək, Naxçıvan Muxtar Respublikasında 20°-dək, Aran rayonlarında 19°-dək, dağlıq rayonlarda 6°-dək isti olub.


metbuat.az.