METBUAT.AZ

Ölkə

Bu ilin ilk 3 ayında DSMF-nin xərcləri

13 Aprel 2024 14:34

Yanvar-mart aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 14 faiz və ya 207 mln. manat artaraq 1 mlrd. 701 mln. manat təşkil edib.

Bu barədə Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Qeyd edilib ki, fondun gəlirləri bu ilin üç ayında proqnozla müqayisədə 7 faiz və ya 108 mln. manat çox olmaqla 1 mlrd. 673 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz və ya 104 mln. manat artaraq 1 mlrd. 318 mln. manat olub.

Cari ilin ilk rübündə DSMF-nin xərcləri 1 mlrd. 701 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 207 mln. manat çoxdur.


metbuat.az.