1 Aprel 2024 15:58
Ərik təbiətin insalara bəxş etdiyi ən gözəl nemətərdən biridir. Tərkibindəki A, B, C, E vitaminləri ilə yanaşı, həm də dəmir, kalsium, fosfor, maqnezium və lif mənbəyidir. Bunlardan başqa əriyin tərkibi kalsium, fosfor, kükürd, xrom və maqneziumla zəngindir.
Metbuat.az xarici mediaya istinadən əriyin faydalarını təqdim edir:
- Ərik həzmi asanlaşdırır, toxluq hissi verir
- Çəki idarə etməyə kömək edir və qəbizliyə yaxşı gəlir
- Antioksidant xüsusiyyətləri ilə orqanizmi sağlam saxlayır və xəstəliklərdən qoruyur
- Tərkibindəki yüksək kalium sayəsində ürək qoruyucu təsirə malikdir
- Tərkibindəki kalium ürək əzələlərini qidalandırır
- Qan təzyiqini tarazlaşdırır və təzyiqi normal səviyyədə saxlayır
- Tərkibindəki kalsium və fosfor kimi minerallar sümük sağlamlığı üçün vacibdir
- İmmunitet sistemini gücləndirir, diş əti problemlərinin qarşısını alır və ağız yaralarının sağalmasına kömək edir
- Tərkibində bol dəmir olan ərik qan azlığına qarşı qoruyucu təsirə malikdir
Antioksidant xüsusiyyətlərə malik olan beta-karotin yaşlanma əleyhinə təsirə malikdir. Ərik dərini nəmləndirir, qoruyur və hamarlaşdırır.