16 Aprel 2024 08:48
Yaponiya sahillərində güclü zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, təkanların episentri 20 minə yaxın insanın yaşadığı Nisinoomote şəhərindən 157 km cənub-şərqdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.