METBUAT.AZ

Dünya

Bu ölkədə 7,7 bal zəlzələ oldu -

3 Aprel 2024 08:53

Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib.

Metbuat.az REUTERS-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.

Həmçinin, Yaponiyanın cənubunda yerləşən Okinava və Miyako adaları üçün sunami təhlükəsi elan edilib.

Zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.


metbuat.az.