23 Aprel 2024 11:01
Tayvanın şərq sahillərində son 24 saat ərzində təxminən 250 zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Hava Bürosu (CWB) məlumat yayıb.
Məlumata görə, aprelin 22-i yerli vaxtla saat 15:08-dən aprelin 23-ü saat 13:30-a qədər Xualyan əyalətində ümumilikdə 247 zəlzələ baş verib.
Ən güclü yeraltı təkan isə 6,3 ballıq olub.