4 Aprel 2024 15:37
Qaraciyər qarın boşluğunun yuxarı sağ hissəsində yerləşən bədənin ən böyük orqanlarından biridir. Vitamin və mineralların saxlanması, qanın laxtalanması faktorlarının istehsalı, ferment və zülal sintezi, yağ və şəkərin saxlanması kimi bir çox həyati funksiyaları vardır. Qaraciyərin sağlamlığını qoruçaq üçün alkoqol və siqaretdən və lazımsız dərmanlardan uzaq durmaq, nizamlı idman etmək, stressdən uzaq olmaq, mütəmadi olaraq sağlamlıq yoxlamalarından keçmək və sağlam qidalanmaq əsasdır.
Metbuat.az xarici mediaya istinadən qaraciyər sağlamlığına faydalı qidaları təqdim edir:
Yaşıl çay - sağlamlığa faydaları baxımından çox qiymətli bir qidadır. Müntəzəm yaşıl çay içmək vərdişi olan fərdlərdə qaraciyər yağının, xüsusilə də spirtsiz qaraciyər yağının müalicəsinin əhəmiyyətli təsir göstərir.
Sarımsaq - Əsrlər boyu təbii antibiotik kimi tanınan sarımsaq qaraciyər sağlamlığı üçün də faydalıdır. Sarımsaq antioksidan və antiinflamatuar təsiri sayəsində qaraciyərin iltihabının qarşısını alır.
Üzüm - Qaraciyər üçün faydalı olan başqa bir qida olan üzümdə xüsusilə qırmızı və bənövşəyi növlərdə resveratrol adlı çox faydalı komponent var. Resveratrol, çox güclü antioksidantdır. Qaraciyər xərçəngi və qaraciyər iltihabı başda olmaqla bir çox xəstəliyə qarşı qorunma təmin edir.
Fıstıq - qaraciyər sağlamlığı üçün faydalı olan kolinlə zəngin qidadır. Eyni zamanda qaraciyəri xərçəng və infeksiyalara qarşı qoruyur və onun normal funksiyalarını dəstəkləyir, çünki tərkibində xeyli miqdarda antioksidant komponentlər, E vitamini və müxtəlif minerallar var.
Yağlı Balıq -Somon və skumbriya kimi yağlı balıq növləri omeqa 3 yağ turşuları ilə çox zəngindir. Omeqa 3 yağ turşuları ürək-damar sağlamlığının qorunması, xolesterolun tarazlaşdırılması, iltihab və xərçəngin qarşısının alınması, qaraciyər sağlamlığının qorunması baxımından orqanizmdə çox mühüm rol oynayır.
Qreypfrut - Qaraciyərin sağlamlığını qorumağa kömək edən digər qida qreypfrutdur. Qreypfrutda təbii olaraq olan naringin və naringenin adlı komponentlər qaraciyər sağlamlığını qorumaq təsirinə malikdir.