22 Aprel 2024 15:45
Bu il Çindən gətirilən 160 sayda elektrik mühərrikli avtobusu xəttə buraxılacaq. Azərbaycan bu tip avtobusları nəqliyyat sisteminə daxil edir.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusundakı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Çin hazırda Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir.
“Çin sadəcə resuslar baxımdan zəngin deyil, eyni zamanda onun kifayət qədər böyük iqtisadi qüdrəti var. Bizim Çindən öyrənəcəyimiz çox böyük məqamlar var. Azərbaycan “Bir kəmər və bir yol” layihəsinə çox böyük dəstək verir.
Azərbaycan Orta Dəhlizdə yerləşən kimi “Bir kəmər, bir yol layihəsi”nin mühüm tərəflərindən biri kimi malların təhlükəsiz şəkildə daşınmasına töhfə verməkdədir. Son 20 ildə Azərbaycan nəqliyyat sahəsinə kifayət qədər sərmayələr yatırıb. Bu gün Orta Dəhlizdə kifayət qədər artımlar müşahidə edilib”, - deyə F.Əliyev əlavə edib.