16 Aprel 2024 15:34
“Büdcə profisitinin müsbət və mənfi tərəflərini müəyyən etmək üçün öncə səbəblərini araşdırmaq lazımdır. Büdcə profisiti hər şey demək deyil. Lazımlı xərcləri etmədən də büdcə profisitinə nail ola bilərsən, amma bu o qədər də yaxşı hesab olunan vəziyyət deyil. Əgər büdcə profisiti gəlirlərin artımı fonunda baş verirsə, bu yaxşı hal sayılır. Amma gəlirlərin mənbəyi də müzakirə ediləsi mövzudur. Neftin qiymətinin artması hesabına büdcə profisiti yaranarsa, bu da ölkə iqtisadiyyatının stabilliyinə dəlalət etmir”.
İqtisadçı deyib ki, qarşıdakı aylarda dövlət büdcəsinin profisiti hesabına əmək haqqı və sosial müavinətlərin artırılması ilə bağlı fikirlər reallığı əks etdirmir:
“Birinci rübdə qeydə alınan büdcə profisitinin mənbəyini bilmədən bu addımı atmaq olmaz. Ola bilərki ikinci rüb defisitli olsun. Əmək haqqı və sosial müavinətlərin artırılması qərarı verilərsə, bu, davamlı olmalıdır. Hansısa büdcə profisiti qərarı əsas vermir ki, əmək haqqları artırmalıdır. Ümumiyyətlə, əmək haqqı, sosial müavinətlərin artımı qərarı tamam başqa analizlərdən keçirilməlidir ki, stabil davamlı olsun”.
Gülbəniz Hüseynli / Metbuat.az