METBUAT.AZ

Gündəm

Ceyhun Bayramov Belarusa getdi

11 Aprel 2024 13:14

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfərə yola düşüb.

Metbuat.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.


metbuat.az.