23 Aprel 2024 14:52
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında məlumat verilib.
Bildirilib ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, COP29-la əlaqədar məsələlər və münaqişədən sonrakı regional dinamika müzakirə edilib.