METBUAT.AZ

Ölkə

Dövlət Agentliyinin “YouTube” kanalı naməlum hakerlər tərəfindən ələ keçirildi

1 Aprel 2024 23:49

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi “YouTube” kanalı bu gün naməlum hakerlərin hücumuna məruz qalıb və ələ keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə qurumun feysbuk hesabında bildirilib.

İzləyicilərdən diqqətli olmaları və adıçəkilən kanalı bəyənməmələri xahiş olunur. Qeyd edək ki, ən qısa zamanda qurumun rəsmi “YouTube” kanalının bərpası, yaxud yeni kanalın yaradılması barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


metbuat.az.