METBUAT.AZ

Hadisə

Dövlətə xəyanətdə ittiham olunan qadın

2 Aprel 2024 15:50

Yusifova Validə Elçin qızı dövlətə xəyanətdə ittiham olunur.

Metbuat.az xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hazırlıq iclası aprelin 15-nə təyin edilib.


metbuat.az.