METBUAT.AZ

İqtisadiyyat

Dünya bazarlarında neft

15 Aprel 2024 10:49

Dünya birjalarında neft ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,27 dollar azalaraq 90,18 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,3 dollar azalaraq 85,36 dollar təşkil edib.


metbuat.az.