1 Aprel 2024 09:33
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,29% artaraq 1 barelə görə 87,25 ABŞ dolları təşkil edib.
Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,34% artaraq 83,45 ABŞ dolları təşkil edib.