29 Aprel 2024 09:57
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,78% azalaraq 1 barelə görə 87,52 ABŞ dolları təşkil edib.
Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,8% azalaraq 1 barelə görə 83,18 ABŞ dolları təşkil edib.