METBUAT.AZ

İqtisadiyyat

Dünya bazarlarında neftin qiyməti artdı

18 Aprel 2024 10:22

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyun müqaviləsinin dəyəri 0,26% artaraq 1 barelə görə 87,52 ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,15% artaraq 1 barelə görə 82,81 ABŞ dolları təşkil edib.


metbuat.az.