5 Aprel 2024 10:22
Dünya birjalarında neft bahalaşıb.
Metbuat.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,51 dollar artaraq 91,16 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar artaraq 86,87 dollar təşkil edib.