8 Aprel 2024 21:14
Ailəsinin 5 üzvünü qəsdən öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək.
Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, istintaq orqanı tərəfindən Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel tarixində təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.
Qeyd edək ki, Əhməd barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel tarixli ilkin rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.