20 Aprel 2024 12:11
“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilib.
Metbuat.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, sənədin 13.1-ci bəndi yeni redaksiyada - “13.1. Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi” - verilib.
Buna qədər övlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə siyahıya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən xüsusi razılıq (lisenziya) üzrə informasiya ehtiyatı daxil edilmişdi.