4 Aprel 2024 16:06
Azərbaycan Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verir.
Metbuat.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov aprelin 4-də Azərbaycanda rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşdə deyib.
Görüşdə Azərbaycanın oşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19 pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab verilməsi, Qoşulmama Hərəkatının təsisatlanması, həmçinin bir çox digər istiqamətlərdə səy göstərdiyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticari, neft sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.