4 Aprel 2024 11:47
Ermənistan tərəfindən işğaldan azad olunan ərazilərdə ekoloji cinayətlər törədilib.
Metbuat.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü zamanı deyib.
O bildirib ki, hazırda bu cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən yaradılmış istintaq qrupu tərəfindən araşdırılır:
"Bu cinayətlərin hüquqi nəticələri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, milli və beynəlxalq qanunvericiliyə uyğun lazımi hüquqi tədbirlərin görülməsi təmin olunacaq".
Kamran Əliyev qeyd edib ki, ekoloji cinayətlərlə bağlı digər ölkələrin hüquq-mühafizə orqanlarına da qarşılıqlı hüquqi yardımın göstərilməsi ilə bağlı müraciətlər ediblər: Onlarla intensiv əlaqələr saxlayırıq. Bu nəticələr toplandıqdan sonra istintaq materialları beynəlxalq məhkəmələrdə istifadə olunacaq”.