5 Aprel 2024 15:46
Baltikyanı ölkələrdə fəaliyyət göstərən nüfuzlu DELFI Media Qrupunun Estoniyadakı internet-nəşri ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi ilə əlaqədar məqalə yayımlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib. Bildirilib ki, “Əliyev: Azərbaycan ABŞ ilə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır” sərlövhəsi ilə dərc olunmuş məqalə geniş oxuyucu kütləsində maraq doğurub.
Məqalədə aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması, anti-Azərbaycan mahiyyəti daşıyan addımların atılması, Azərbaycanın 2022-ci ildə Praqa görüşü zamanı qəbul edilmiş bəyanata və Alma-Ata bəyanatına sadiq olduğu, Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyəti barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğu və digər vacib məsələlər haqqında dövlətimizin başçısının söylədikləri ətraflı şəkildə şərh edilib.