METBUAT.AZ

Sosial

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq -

15 Aprel 2024 09:00

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər.

Metbuat.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev etibarnamə ilə torpaq alanları diqqətli olmağa çağırıb.

O, bildirib ki, bu sənəd heç bir halda torpaq sahəsinin onu alan şəxsin mülkiyyətinə keçməsini təsdiqləyə bilməz.

Ekspert bildirib ki, gələcəkdə etibarnamə ilə satılan torpaqlarla bağlı ciddi problemlər yaşana bilər.

Elnur Fərzəliyevin sözlərinə görə, sərəncam üzərindən ikinci bir alqı-satqı mexanizmi qurulmayıb ki, vətəndaş gedib bir sərəncamı digərinin adına keçirsin.

Belə torpaq sahələri özəlləşəndə birinci sahibinin adına özəlləşir.

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.