5 Aprel 2024 15:27
Xəbər verdiyimiz kimi, aprelin 1-də Astara rayonunun Ərçivan qəsəbəsində baş verən qəzada bir ailənin üç üzvü həyatını itirib.
Metbuat.az bildirir ki, qəzada Şiyəkəran kənd sakini, 31 yaşlı Mirzəmməd Əliyev, onun həyat yoldaşı, Cəlilabad rayon sakini, 22 yaşlı Fərqanə Əliyeva və onların 3 yaşlı uşaqları Gülxanım Əliyeva avtomobildə yanaraq dünyalarını dəyişiblər.
Sosial şəbəkələrdə onların görüntüsü paylaşılıb.
Həmin görüntünü təqdim edirik: