28 Aprel 2024 00:48
Sosial şəbəkələrdə aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan və 7 gün sonra meyiti tapılan 13 yaşlı İbrahim Əliyevin görüntüləri yayılıb.
Metbuat.az sözügedən fotonu təqdim edir.
Qeyd edək ki, 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin cəsədi bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.