12 Aprel 2024 16:58
Ötən gün Konfrans Liqasında Yunanıstanın "Olimpiyakos" klubu ilə qarşılaşan "Fənərbağça" ciddi itki ilə üzləşib.
Metbuat.az türk mediasına istinadən bildirir ki, komandanın niderlandlı müdafiəçisi Ceyden Ostervolde zədələnərək uzun müddətlik sıradan çıxıb.
22 yaşlı oyunçunun vətənində əməliyyat olunacağı və artıq bu mövsüm forma geyinə bilməyəcəyi bildirilir.
Qeyd edək ki, futbolçu bu mövsüm 41 oyunda meydana çıxıb.