METBUAT.AZ

İdman

​“Fənərbaxça” "Barselona"nın futbolçusunu alır

17 Aprel 2024 10:42

“Fənərbaxça” komandadan ayrılmaq istəyən Ferdi Kadıoğlunu "Barselona"nın ulduzu ilə əvəzləmək istəyir.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça” Ferdi Kadıoğlunun transferindən əldə edəcəyi yüksək məbləği iddialı futbolçunun transferinə yönəltmək istəyir. Bildirilir ki, türk klubunun gündəmində "Barselona"da çıxış edən Markos Alonso var. Bildirilir ki, “Fənərbaxça” futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. Alonso iddialı təklifə razılıq verə bilər.

Qeyd edək ki, Markos Alonso bu mövsüm "Barselona"nın heyətində 5 matçda meydana çıxıb. Markos Alonsonun İspaniya nəhəngi ilə müqaviləsi mövsümün sonunda başa çatır.


metbuat.az.