23 Aprel 2024 00:48
“Fənərbaxça” Türkiyə Superliqasında 33-cü turun oyununa çıxıb.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə “Sivasspor”la qarşılaşıb.
Matç 2:2 hesabı ilə başa çatıb.
“Sivasspor” – “Fənərbaxça” – 2:2
Qollar: Fred, 45+2 (0:1), Fode Koyta, 58 (1:1), İrfan Kahveci, 80 (1:2), Rey Manaj, 90+4 (2:2)
Bu matçdan sonra “Fənərbaxça” 86 xalla (33 oyun) 2-ci yerdə, “Sivasspor” isə 45 xalla 10-cu yerdə qərarlaşıb.
Siyahıyə 90 xalla “Qalatasaray” (33 oyun) başçılıq edir. “Trabzonspor” 55 xalla (33 oyun) 3-cü, “Beşiktaş” isə 51 xalla (33 oyun) 4-cü yerdədir.