29 Aprel 2024 09:35
Xalq artisti Flora Kərimova "İnternational Medical Centre" klinikası və plastik-cərrah Sevinc Heydərovanı yenidən məhkəməyə verib.
Metbuat.az Unikal.az-a istinadən xəbər verir ki, məhkəmə prosesi mayın 17-də Nəsimi Rayon Məhkəməsində hakim Günay Abidovanın sədrliyi ilə keçiriləcək. Belə ki, F.Kərimova ilə S.Heydərova arasında məhkəmə çəkişməsi ötən ilin fevralda başlayıb. Ancaq 10 ay ərzində hakim məhkəməni yekunlaşdıra bilməyib və müğənninin iddiası ilə bağlı iş məhkəmə-tibbi ekspertizasına göndərilib.
Qeyd edək ki, S.Heydərova sosial şəbəkə hesablarında özünü plastik-cərrah kimi tanıdıb və 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib.