METBUAT.AZ

Dünya

Geniş əməliyyat keçirsək, İsrail qalmazdı -

17 Aprel 2024 11:52

"İsrailə qarşı hərbi əməliyyatlarımız məhdud xarakterli idi. Əgər geniş əməliyyat olsaydı, İsraildən heç nə qalmazdı".

Metbuat.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ordu Günü ilə bağlı paradda çıxışı zamanı deyib. O bildirib ki, əgər İsrail İran torpaqlarına kiçik bir hücum da etsə, iki ölkə arasında şiddətli qarşıdurma yaşanacaq.

Bölgə ölkələrinə müraciət edən Rəisi regionda xarici qüvvələrə ehtiyac olmadığını qeyd edib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.


metbuat.az.