6 Aprel 2024 14:02
"Google" şirkəti ötən il ABŞ-də test etdiyi funksiyanı Britaniyada aktiv etməyə başlayıb
Metbuat.az "Financial Times"a istinadən xəbər verir ki, söhbət süni zəka tərəfindən təklif ediləcək axtarış nəticələrindən gedir.
Başlanğıcda istifadəçilər axtarış zamanı süni zəka tərəfindən yaradılan nəticələrdən ibarət bir "ümumi baxış" görəcəklər.
Bəzi mütəxəssislər bu funksiyanın saytlara girişi azaldacağını düşünürlər.
Şirkətin "Search Generative Experience" adını verdiyi özəllik ABŞ-də bir ilə yaxındır istifadə edilir. Gələcəkdə bu funksiya üçün abunəlik sistemi də gətirilə bilər.