METBUAT.AZ

Ölkə

Göyçay sakini qətlə yetirildi, şübhəli şəxs qismində oğlu saxlanıldı

29 Aprel 2024 22:26

Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, aprelin 29-u saat 21 radələrində Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Araşdırma aparılır.


metbuat.az.