METBUAT.AZ

İdman

Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşdi

24 Aprel 2024 21:07

Sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib.

Federasiyanın mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ikinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıblar.

FHN İdman-Sağlamlıq Klubunda keçirilən çempionatın ikinci günündə 5 çəki üzrə 200 güləşçi qüvvəsini sınayıb.

Medal qazanan güləşçilər aşağıdakılardır:

48 kq

1. Hacıhüseyn Əhmədzadə (Sumqayıt)

2. Ruslan Əlizadə (Lənkəran)

3. Ramal Mirhüseynov (Lənkəran), Fərhad Hacıyev (Abşeron)

55 kq

1. Hüseyn Hüseynov (Neftçi)

2. Məhəmməd Əlizadə (İmişli)

3. Seymur Zeynalov (Gəncə, “Təhsil”), Seyhun Əlizadə (Lənkəran)

65 kq

1. İsa Yusibov (Gəncə, “Neftçi”)

2. Elcan İsmayılzadə (ROİL)

3. Əli Hacıyev (Zenit), Həsən Məmmədov (Şəmkir)

80 kq

1. Məhəmməd Abbaszadə (UGİM-5)

2. Şeyxəli Babazadə (DİN)

3. Hüseyn Məmmədtağızadə (ROİL), Ülfət Məmmədov (Pəhləvan)

110 kq

1. Muxamad Qantemirov (AGF)

2. İsmayıl Kərimov (Zaqatala)

3. Əli Vəliyev (Zenit), Turab Muradzadə (Neftçi)


metbuat.az.